Bir nəfərin də işıqpulu borcu yoxdur - Naxçıvan yenə fərqləndi

Bir nəfərin də işıqpulu borcu yoxdur -  Naxçıvan yenə fərqləndi
  06 Dekabr 2018    Oxunub:3951
Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti üzrə 2018-ci ilin noyabr ayında verilən elektrik enerjisinin miqdarı, elektrik enerjisi satışından toplanan vəsait və ödənilmə faizi məlum olub.
Azvision.az xəbər verir ki, muxtar respublikanın şəhər və rayonlarında elektrik enerji ödənişi 100% nəticə ilə yerinə yetirilib. Abonentlərin borcu qeydə alınmayıb.



Qeyd edək ki, noyabr ayında texniki itki nəzərə alınmaqla daxil olan 35 milyon 763 min kilovat-saat elektrik enerjisinin dəyəri 3 milyon 65 min 200 manat olub, cəmi 3 milyon 60 min 700 manat vəsait toplanıb ki, bu da istifadə olunan enerjinin dəyərinin 99,9 faizini təşkil edir.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Naxçıvan   Enerhetika  





Xəbər lenti