“Azeri Light” 64,05 dollara satılır

  06 Dekabr 2018    Oxunub : 2185
“Azeri Light” 64,05 dollara satılır
Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,47 dollar geriləyərək 61,09 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,50 dollar ucuzlaşaraq 52,39 dollar olub.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,19 dollar artaraq 64,05 dollar təşkil edib.

Azvision.az

Teqlər: Neft