Beş gündə 10 nəfər yol qəzasında ölüb

  06 Dekabr 2018    Oxunub : 2323
 Beş gündə 10 nəfər yol qəzasında ölüb
Dekabr ayının 5 günündə respublikanın avtomobil yollarında 17 yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az Daxili İşlər Nazirliyinin (DİN) saytında yer alan məlumatlara istinadən bildirir ki, qəzalarda 10 nəfər ölüb, 15 nəfər isə xəsarət alıb.

Qeyd edək ki, noyabr ayında ölkə üzrə 117 yol qəzası olub. Qəzalarda 63 nəfər ölüb, 146 nəfər yaralanıb.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Qəza   DİN