Keçmiş məhkumlar oğurluq etdilər

  06 Dekabr 2018    Oxunub : 2545
Keçmiş məhkumlar oğurluq etdilər
Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il iyulun 19-dan dekabrın 1-dək olan müddətdə şəhər sakini olan bir nəfərin 50 manat pulunu dələduzluq yolu ilə almaqda, 1 avtomobildən maqnitofon, 3 nəfərə məxsus mobil telefon, geyim və məişət əşyalarını oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Saləddin Quliyev saxlanılıb.
DİN-dən Azvision.az-a verilən məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il aprelin 19-dan noyabrın 16-dək olan müddətdə rayon ərazisindəki 1 evdən, 1 evin zirzəmisindən, 1 mağazadan və 1 həyətyanı sahədən su mühərriki, tütün məmulatı və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, qəsdən sağlamlığa az ağır zərər vurma, oğurluq və xuliqanlıq maddələrinə görə məhkum olunmuş Vüsal Əliyev saxlanılıb.

Azvision.az

Teqlər: DİN   Oğurluq