Bakıda daha bir dələduz tutuldu

  07 Dekabr 2018    Oxunub : 2046
Bakıda daha bir dələduz tutuldu
Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini X.Xalıqov Orxan adlı şəxsin onu dələduzluq yolu ilə aldadaraq “Peugeot” markalı avtomobilini aldığını, pulunu isə ödəmədiyini bildirib.
​DİN Mətbuat Xidmətindən Azvision.az-a verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 185-ci maddəsi ilə (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) cinayət işi başlanılıb.

​Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən İsmayıllı rayon sakini Orxan Şərəfxanov polis əməkdaşları tərəfindən saxlanılıb.

Azvision.az

Teqlər: DİN