Kürdəmirdə ölümlə nəticələnən qəza

Kürdəmirdə ölümlə nəticələnən qəza
  07 Dekabr 2018    Oxunub:3911
Dekabrın 7-də saat 1 radələrində Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində Əli Qaybalıyev idarə etdiyi “VAZ-21074” markalı avtomobili yolun kənarında dayanmış Lənkəran rayon sakini Səfail Quliyevə məxsus “QAZel” markalı avtomobilə vurub.
DİN Mətbuat Xidmətindən Azvision.az-a verilən məlumata görə, nəticədə “VAZ-21074” markalı avtomobilin sürücüsü hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti