Məktəbliləri aparan avtobus qəzaya düşdü - Yaralılar var

Məktəbliləri aparan avtobus qəzaya düşdü -  Yaralılar var
  07 Dekabr 2018    Oxunub:4099
Bu gün səhər saat 07:45 radələrində Qobu qəsəbəsindən şəhər istiqamətində gələn yolda qəza baş verib.

Azvision.az xəbər verir ki, 217 nömrəli tam orta məktəbin şagirdlərinin olduğu avtobus qəzaya uğrayıb. Qəza zamanı nəqliyyat vasitəsində 10 şagird və bir neçə valideyn olub.
Onlardan 2 şagird və 2 valideyn daha ciddi xəsarət aldığı üçün təcili xəstəxanaya yerləşdirilib. 1 şagird və 1 valideynə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Qəza zamanı xəsarət alanlar 1 saylı Şəhər Klinik Xəstaxanasına və Respublika Klinik Xəstəxanasına yerləşdiriliblər. İlkin məlumata əsasən, nəqliyyat vasitəsi valideynlərin təşəbbüsü ilə Qobu qəsəbəsindən 217 nömrəli tam orta məktəbə şagirdlərin aparılıb-gətirilməsi üçün sifariş olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Azvision.az-a bildirilib ki, idarənin əməkdaşları xəstəxanada olub, xəsarət almış şagirdlərin vəziyyəti ilə maraqlanıblar.

Qeyd olunub ki, aparılan araşdırmanın nəticələrinə uyğun olaraq əlavə məlumat veriləcək.

Aytən Zəhra
Azvision.az



Teqlər: Qəza   Avtobus  





Xəbər lenti