Salyan rayonunda evdən qızıl-zinət əşyaları oğurlanıb.
Daxili İşlər Nazirliyindən Azvision.az-a verilən xəbərə görə, Salyan rayon Polis şöbəsinin əməkdaşları tərəfindən dekabrın 5-də rayon ərazisindəki evlərin birindən 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən ev sahibinin qohumu, əvvəllər məhkum olunmuş Əşrəf Hüseynov saxlanılıb.