Maşın vuran süpürgəçi xəstəxanada öldü

Maşın vuran süpürgəçi xəstəxanada öldü
  07 Dekabr 2018    Oxunub:4442
Dekabrın 6-da saat 7 radələrində paytaxtın Nizami rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini Samir Dadaşov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə Bakı şəhər sakini Almagül Muradovanı vurub.
DİN-dən Azvision.az-a verilən xəbərə görə, nəticədə xəstəxanaya yerləşdirilən qadın orada ölüb. Nizami RPİ tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, qəza Nizami rayonu, Heydər Əliyev prospektində "Bağırov" körpüsünün yaxınlığında baş verib. Belə ki, maşınla vurulan süpürgəçi 1965-ci il təvəllüdlü Muradova Almagül Pirağa qızı ağır xəsarət aldığından 3 saylı şəhər kliniki xəstəxanasının reanimasiya şöbәsinә yerləşdirilmişdi.

Azvision.az




Teqlər: Qəza  





Xəbər lenti