Qəzaya düşən məktəblilərin vəziyyəti necədir?

Qəzaya düşən məktəblilərin vəziyyəti necədir?
  07 Dekabr 2018    Oxunub:4107
Qobu qəsəbəsindən şəhər istiqamətində gələn yolda baş verən qəzada yaralanan şəxslərin vəziyyəti normaldır.
Bu barədə Azvision.az-a Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, onların yüngül əzikləri var: "Kliniki Tibbi Mərkəzdə müalicə alırlar. Vəziyyətləri normaldır. Sabah evə buraxılacaqlar".

Qeyd edək ki, 217 nömrəli tam orta məktəbin şagirdlərini aparan avtobus qəzaya uğrayıb. Qəza zamanı nəqliyyat vasitəsində 10 şagird və bir neçə valideyn olub. 2 şagird və 2 valideyn ciddi xəsarət aldığı üçün təcili xəstəxanaya yerləşdirilib. 1 şagird və 1 valideynə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Aytən Zəhra
Azvision.az



Teqlər: Qəza   Məktəb  





Xəbər lenti