Sumqayıtda ağır qəza, ölən var

Sumqayıtda ağır qəza, ölən var
  08 Dekabr 2018    Oxunub:4772
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində “KAMAZ” markalı yük avtomobili və "VAZ" markalı minik avtomobili toqquşub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1 nəfər sərnişin, 1985-ci il təvəllüdlü Nəsibov Zaur Musa oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Azvision.az


Teqlər: FHN   Qəza  





Xəbər lenti