Naxçıvan-Bakı istiqamətində 1135 sərnişin daşınıb

Naxçıvan-Bakı istiqamətində 1135 sərnişin daşınıb
  08 Dekabr 2018    Oxunub:5038
Naxçıvan Muxtar Respublikasında noyabr ayında beynəlxalq sərnişindaşıma xidməti göstərən avtobusların fəaliyyətinə nəzarət gücləndirilib. Naxçıvan-İqdır-Naxçıvan marşrutunda gündəlik sərnişindaşıma xidməti həyata keçirilib.
Azvision.az xəbər verir ki, bu dövrdə İran İslam Respublikasından keçməklə Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu ilə Naxçıvandan Bakıya 1135, Bakıdan Naxçıvana isə 1008 sərnişin daşınıb, muxtar respublikanın bütün yaşayış məntəqələri marşrutla təmin edilib, 483 taksi sərnişindaşıma fəaliyyətini davam etdirib.

Azvision.az


Teqlər: Naxçıvan   Avtobus   Taksi  





Xəbər lenti