Bu yolun bağlanması təxirə salındı- FOTO (Yenilənib)

 Bu yolun bağlanması təxirə salındı-  FOTO (Yenilənib)
  08 Dekabr 2018    Oxunub:8146
Bu gün üçün Yusif Səfərov küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində yerləşən geri dönmə hissənin bağlanması təxirə salınıb.


Bu barədə Azvision.az-a AAYDA-nın mətbuat xidmətindən məlumat verilib.
***
Aparılan təmir işləri ilə əlaqədar olaraq, bu gündən etibarən Yusif Səfərov küçəsindən Heydər Əliyev prospektinə qalxan hissədə, yol qovşağının aşağısında yerləşən geri dönmə hissə tam olaraq bağlanır.

Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatında bildirilib.



Sürücülərdən bunu nəzərə almaları və öncədən hərəkət istiqamətlərinə uyğun digər geri dönmə hissələrdən istifadə etmələri xahiş olunur.

AAYDA yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyir.



Azvision.az




Teqlər: AAYDA   Yol   Təmir  





Xəbər lenti