Şəmkirdə 6 otaqlı evdə yanğın olub

Şəmkirdə 6 otaqlı evdə yanğın olub
  08 Dekabr 2018    Oxunub:4353
Şəmkir rayonunda ümumi sahəsi 250 m² olan birmərtəbəli 6 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 65 m² sahədə, yaxınlıqda tikilmiş ümumi sahəsi 200 m² olan ikimərtəbəli köməkçi tikilinin 1-ci mərtəbəsinin mətbəxində 1 ədəd məişət avadanlığı və 1 ədəd divan yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, yüksək temperaturdan evə bitişik talvarın lambirdən ibarət tavanı 60 m² sahədə əriyib. Evin, talvarın qalan hissəsi və köməkçi tikili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: Yanğın   FHN   Şəmkir  





Xəbər lenti