Burnunda heroin daşıyan şəxs saxlanılıb

Burnunda heroin daşıyan şəxs saxlanılıb
  08 Dekabr 2018    Oxunub:4417
Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual edildikdən sonra üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsindən Azvision.az-a verilən görə, şəxsi yoxlama nəticəsində üzərində gömrük nəzarətindən gizlədilən hər hansı əşya aşkar edilməyən şəxsə daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurətinin yarandığı bildirilib.

Bu zaman gömrükçülərin şübhələri təsdiqini tapıb və həmin şəxs burnunda narkotik vasitə gizlətdiyini etiraf edib. Yoxlama zamanı həmin şəxsin burnundan, qablaşdırma ilə birlikdə ümumi çəkisi 1,15 qram narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Gömrük   Narkotik  





Xəbər lenti