Azyaşlılara siqaret satan cərimələndi

Azyaşlılara siqaret satan cərimələndi
  08 Dekabr 2018    Oxunub:5030
Dekabrın 4-də Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Səbail Rayon Polis idarəsin əməkdaşları ilə birgə rayon ərazisində reyd keçiriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, bu zaman 1 köşkdə satıcının yetkinlik yaşına çatmayanlara tütün məmulatları satmaları aşkar edilib.

Həmin köşkün satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib olunub.

Azvision.az


Teqlər: DİN   Cərimə  





Xəbər lenti