Qülləyə çıxaraq intihar etmək istədi

 Qülləyə çıxaraq intihar etmək istədi
  09 Dekabr 2018    Oxunub:4328
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şəmkir rayonunun Kür qəsəbəsində 1 nəfər mobil rabitə operatorun qülləsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb, vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. Əməliyyat başa çatıb.

Azvision.az



Teqlər: FHN   Şəmkir   İntihar  





Xəbər lenti