DYP reyd keçirib, 100-dən çox sürücü saxlanılıb - VİDEO

  09 Dekabr 2018    Oxunub : 3434
 DYP reyd keçirib, 100-dən çox sürücü saxlanılıb - VİDEO
Dövlət Yol Polisinin (DYP) əməkdaşları Mingəçevirdə reyd keçirib.
Ötən gün səhər saatlarından axşamadək davam edən reyd zamanı DYP əməkdaşları müxtəlif istiqamətlər üzrə iş aparıb.

Öncə sərnişindaşıma ilə məşğul olan mikroavtobuslar saxlanılaraq, normadan artıq sərnişindaşıma, sürücülük vəsiqəsi, yaxud etibarnaməsi olmayan sürücülərin avtobusları idarə edib-etməməsi və digər tələblərin icrasına nəzarət həyata keçirilib. Reyd zamanı etibarnamə və tibbi arayış olmadan sükan arxasına əyləşən sürücülər aşkarlanıb. Onlar müxtəlif bəhanələrlə hadisə yerindən uzaqlaşmağa və ya məsuliyyətdən yayınmağa cəhd göstərib.

Reyd ərzində həmçinin yol hərəkəti qaydalarını pozaraq yollarda təhlükə yaradan velosipedçilər də saxlanılıb. Onlar da öz növbəsində velosiped yollarının olmamasını bəhanə gətirərək vəziyyətdən çıxmağa çalışıb.

Günün sonuna yaxın isə təhlükəsizlik kəmərindən istifadə edilməməsi, nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarəetmə halları və digər qayda pozulmaları ilə bağlı əməliyyat reydi davam etdirilib. Gün ərzində ümumilikdə 100-dən çox minik avtomobili, sərnişin avtobusunun sürücüsü və velosipedçi saxlanılaraq, 70 sürücü barədə inzibati protokollar tərtib edilib. (Report)



Azvision.az

Teqlər: