55 yaşlı kişini maşın vurub öldürdü

55 yaşlı kişini maşın vurub öldürdü
  10 Dekabr 2018    Oxunub:3270
Bu gün axşam saatlarında Xaçmaz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Azvision.az AzərTAc-a istinadən xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Xaçmaz rayonu Çinartala kəndi ərazisindən keçən hissəsində baş verib.

“Toyota Camry” markalı avtomobillə vurulan 55 yaşlı Çinartala kənd sakini Poladov Alim Absətdar oğlu hadisə yerində keçinib. Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Xaçmaz   Piyada   Ölüm  





Xəbər lenti