Azərbaycanda iki gündə 184 cinayət törədilib

Azərbaycanda iki gündə 184 cinayət törədilib
  10 Dekabr 2018    Oxunub:3920
Şənbə və bazar günləri ölkədə 184 cinayət faktı qeydə alınıb, onların 22-si “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən Azvision.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 29 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Ölkənin avtomobil yollarında 12 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 21 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.

Azvision.az


Teqlər: Axtarış   DİN   Cinayət  





Xəbər lenti