Masallıda partlayış olub: Ölən və iki yaralı var

Masallıda partlayış olub:  Ölən və iki yaralı var
  10 Dekabr 2018    Oxunub:5312
Masallı rayonunun Sığıncaq kəndi ərazisində yaşayış evinin qarajında qaz sızması nəticəsində partlayış baş verib.

Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən Azvision.az-a verilən xəbərə görə, hadisə nəticəsində bir ailənin iki üzvü - Müseyibov Əli Əbülfəz oğlu, Müseyibov Məhəmməd Əbülfəz oğlu və yaxın qohumu Kərimov Sənan ağır yanıq xəsarətləri alıblar.
Dərhal hadisə yerinə gələn Masallı rayon Təcili Yardım Xidməti tərəfindən yanan şəxslər xəstəxanaya çatdırılıb. Lazımi ilkin reanimasyon yardımlardan sonra hər biri Təcili Yardım maşınları ilə Respublika Yanıq Mərkəzinə gətirilib.

Mərkəzin mütəxəssisləri tərəfindən konsilium təşkil edilib. Reanimasiyon tədbirlər görülüb. Lakin buna baxmayaraq, bədən səthinin 100 faiz termiki yanığı, tənəffüs yollarının tamamən yanığı diaqnozu qoyulan Müseyibov Əli Əbülfəz oğlu (2005-ciil təvəllüdlü) dünyasını dəyişib.

Müseyibov Məhəmməd (2010 –cu il təvəllüdlü) və Kərimov Sənan (2006-cı il təvəllüdlü) bədən səthinin 65-70 faiz termiki yanığı və tənəffüs yollarının yanığı diaqnozu ilə müalicələri davam edir. Vəziyyətləri ağırdır.

Azvision.az


Teqlər: Masallı   Partlayış  





Xəbər lenti