Maşınlardan oğurluq edənlər saxlanılıb

Maşınlardan oğurluq edənlər saxlanılıb
  10 Dekabr 2018    Oxunub:3594
Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində “Toyota” markalı avtomobildən 3000 manat və 150 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Adəm Bağırov saxlanılıb.
DİN Mətbuat Xidmətindən Azvision.az-a verilən məlumata görə, Əlahiddə Çevik Polis Alayı və Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə rayon ərazisində “Great wall” markalı avtomobildən 1500 manat və içərisində sənəd olan çanta oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Anar Axundov saxlanılıb. Onun digər analoji əməllərinin də üstü polis əməkdaşları tərəfindən açılıb.

A.Axundovun daha 2 avtomobildən pul, mobil telefon, sənəd, bəzək əşyaları və parfümeriya oğurlaması müəyyən edilib. ​Hər iki faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti