Gəncədə keçmiş məhkum bıçaqlanıb

Gəncədə keçmiş məhkum bıçaqlanıb
  10 Dekabr 2018    Oxunub:3291
Dekabrın 10-da saat 1 radələrində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elvin Katibli kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisənin münaqişə zəminində Goranboy rayon sakini Azər Nağıyev tərəfindən törədilməsi müəyyən edilib və o, saxlanılıb.

Azvision.az


Teqlər: DİN   Bıçaqlanma  





Xəbər lenti