95 istilik radiatorunu oğurlayan şəxslər tutuldu

95 istilik radiatorunu oğurlayan şəxslər tutuldu
  10 Dekabr 2018    Oxunub:3082
Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qızılağac kəndi ərazisindəki mağazaların birinin həyətində olan transformatorun alüminiumdan olan sarğısını sökərək oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətindən Azvision.az-a verilən məlumata görə, araşdırmalarla Çayarxı kənd sakini olan Fərid Hacıyevin digər əməllərinin də üstü polis əməkdaşları tərəfindən açılıb.

Onun həmkəndlisi Rəşad Əliyevlə birgə şəhərdəki inzibati binaların birindən 95 ədəd istilik radiatorunu, 258 metr metal su borusunu və məişət əşyalarını oğurlamağa cəhd göstərdikləri müəyyən edilib. Görülən tədbirlərlə R.Əliyev də polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti