Bakıda qadın əcnəbiləri soydu

Bakıda qadın əcnəbiləri soydu
  10 Dekabr 2018    Oxunub:2876
Bakıda əcnəbilərin kirayə yaşadığı mənzildən oğurluq edən qadın saxlanılıb.
Daxili İşlər Nazirliyindən Azvision.az-a verilən xəbərə görə, Yasamal rayon Polis idarəsinin 27-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2 əcnəbi vətəndaşın rayon ərazisində kirayədə yaşadıqları mənzildən 650 ABŞ dolları və 500 türk lirəsini oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini M.Mehdiyeva saxlanılıb.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti