Novxanıda ağır qəza, 1 ölü, 2 yaralı

Novxanıda ağır qəza, 1 ölü, 2 yaralı
  10 Dekabr 2018    Oxunub:3868
Dekabrın 8-də saat 15 radələrində Abşeron rayonunun Novxanı kəndi ərazisində Bakı şəhər sakinləri Ramin Şirəliyevin idarə etdiyi “Azsamand” və Arif Nəbiyevin idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub.
Daxili İşlər Nazirliyindən Azvision.az-a verilən xəbərə görə, nəticədə R.Şirəliyevin sərnişini, Göyçay rayon sakini Saab Məmmədov hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdiriliblər. Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti