Bir gündə 3 piyada ölümü

Bir gündə 3 piyada ölümü
  10 Dekabr 2018    Oxunub:3183
Dekabrın 9-da saat 20 radələrində Xaçmaz rayonunun Armudpadar kəndi ərazisində Quba rayon sakini Abdulla Abdullayev idarə etdiyi “VAZ-21214” markalı avtomobillə yolu keçən həmyerlisi Ədalət Nəsirovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Azvision.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Eyni zamanda dekabrın 9-da saat 22 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində qəsəbə sakini Ə.Həsənov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Saatlı rayon sakini Bəhram Məmmədovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Anoloji hadisə dekabrın 9-da saat 18 radələrində Xaçmaz rayonunun Çinartala kəndi ərazisində baş verib. Belə ki, Xudat şəhər sakini Pərviz Zalov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən kənd sakini Alim Poladovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Azvision.az


Teqlər: Piyada  





Xəbər lenti