Cibgirlik edən şəxslər saxlanılıb

Cibgirlik edən şəxslər saxlanılıb
  10 Dekabr 2018    Oxunub:2881
Nərimanov RPİ 17-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 5-də rayon ərazisindəki ticarət mərkəzlərinin birindən paytaxt sakini C.Əliyevin cibindən 1050 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nuru Nuriyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az-a verilən xəbərə görə, Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Bakı şəhər sakini N.Allahverdiyevanın çantasından 380 manat və sənəd oğurlamaqda şübhəli bilinən Tovuz rayon sakini G.Novruzova saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun dekabrın 2-də Xətai rayonu ərazisində daha bir qadının 700 manatını və sənədlərini oğurlaması da müəyyən edilib.

Azvision.az



Teqlər:





Xəbər lenti