Maşından külli miqdarda pirotexniki vasitə tapılıb

Maşından külli miqdarda pirotexniki vasitə tapılıb
  10 Dekabr 2018    Oxunub:2657
Avtomobilin yanacaq çəninin içərisindən pirotexniki vasitələr tapılıb.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Azvision.az-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olmuş məlumat əsasında, “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşının idarə etdiyi “Qaz 3102” markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin yanacaq çəninin içərisindən 920 ədəd üzərində “Mega Black Devil” yazısı olan və 80 ədəd üzərində “Piccolo Corsar” yazısı olan pirotexniki vasitə aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DGK  





Xəbər lenti