Xaçmazda yol qəzalarında 2 nəfər ölüb

Xaçmazda yol qəzalarında 2 nəfər ölüb
  10 Dekabr 2018    Oxunub:2983
Xaçmaz rayonunun Armudpadar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən Azvision.az-a verilən məlumata görə, dekabrın 9-da saat 20 radələrində Xaçmaz rayonunun Armudpadar kəndi ərazisində Quba rayon sakini Abdulla Abdullayev idarə etdiyi “VAZ-21214” markalı avtomobillə yolu keçən həmyerlisi Ədalət Nəsirovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Dekabrın 9-da saat 18 radələrində isə Xaçmaz rayonunun Çinartala kəndi ərazisində Xudat şəhər sakini Pərviz Zalov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən kənd sakini Alim Poladovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Xaçmaz RPŞ, Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: Xaçmaz   Qəza  





Xəbər lenti