Bakının bəzi yerlərində qaz olmayacaq

Bakının bəzi yerlərində qaz olmayacaq
  10 Dekabr 2018    Oxunub:4101
Bakının Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.
“Azəriqaz” İstehsalat Birliyindən Azvision.az-a verilən məlumata görə, Xətai rayonu, Ukrayna dairəsindən, Neapol dairəsinə qədər yeni çəkilmiş polietilen 315 mm-lik qaz xəttinin mövcüd şəbəkəyə qoşulması, R.Quliyev, M.Rüstəmov küçələrində yeraltı diametri 108 və 159 mm-lik qaz xətlərində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması eləcə də tənzimləyicinin yerinin dəyişdirilməsi ilə əlaqədar, sabah saat 09:00-dan təmir işləri tamamlananadək Xətai rayonu, Gəncə, Babək prospektləri, Azadlıq, Mədinə Gül-Gün, Şirvani, X.Məmmədov, Əhmədli kəndi, İnqilab İsmayılov, Mehmandarov küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq. “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Azvision.az


Teqlər: Azəriqaz  





Xəbər lenti