Məktəbdəki yanğınla bağlı rəsmi məlumat - Yenilənib

Məktəbdəki yanğınla bağlı rəsmi məlumat -  Yenilənib
  11 Dekabr 2018    Oxunub:4478
Quba rayonunun Amsarqışlaq kəndində ümumi sahəsi 500 m² olan birmərtəbəli orta məktəb binasının dam örtüyü və tavanı 120 m² sahədə yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

***
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Quba rayonunun Amsarqışlaq kəndində kənd orta məktəbində yanğın olması barədə məlumat daxil olub.

Azvision.az FHN-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Əlavə məlumat veriləcək.

Azvision.az





Teqlər: FHN   Məktəb   Yanğın  





Xəbər lenti