Azərbaycanlı iş adamı intihar edib

 Azərbaycanlı iş adamı intihar edib
  11 Dekabr 2018    Oxunub:3242
Rusiyada azərbaycanlı iş adamı intihar edib.
Məlumata görə, 1972-ci ildə Zaqatala rayonu Yuxarı Tala kəndində anadan olmuş, Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində yaşamış Nüsrət Niyaz oğlu Qırtımov özünü asıb. Onun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil.

Yaxınlarının “Report”a verdiyi məlumata görə, N.Qırtımov bu gün yaşadığı Kazan şəhərində torpağa tapşırılıb.

Qeyd edək ki, N.Qırtımov Kazanda sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

Azvision.az



Teqlər: Rusiya   Kazan   Intihar  





Xəbər lenti