10 gündə 42 yol qəzası: 22 ölü, 50 yaralı

 10 gündə 42 yol qəzası:  22 ölü, 50 yaralı
  11 Dekabr 2018    Oxunub:3319
Dekabr ayının 10 günündə respublikanın avtomobil yollarında 42 yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az Daxili İşlər Nazirliyinin (DİN) saytında yer alan məlumatlara istinadən bildirir ki, qəzalarda 22 nəfər ölüb, 50 nəfər isə xəsarət alıb.

Qeyd edək ki, noyabr ayında ölkə üzrə 117 yol qəzası olub. Qəzalarda 63 nəfər ölüb, 146 nəfər yaralanıb.

Anar Kəlbiyev
Azvision.az






Teqlər: DİN   Qəza  





Xəbər lenti