Azyaşlılara siqaret satan 4 nəfər cərimələndi

Azyaşlılara siqaret satan 4 nəfər cərimələndi
  11 Dekabr 2018    Oxunub:3911
Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.
​DİN Mətbuat Xidmətindən Azvision.az-a verilən məlumata görə, dekabrın 10-da Nazirliyin Baş İctimai Təhlükəsizlik, Xəzər və Yasamal Rayon Polis idarələrinin əməkdaşları qeyd olunan rayonlar ərazisində birgə tədbirlər keçiriblər.

Reydlər nəticəsində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində və Yasamal rayonu Landau küçəsindəki köşklərdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkar edilib. Həmin köşklərin 4 satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokollar tərtib olunmuş və hər biri 100 manat cərimə olunublar. ​Bu istiqamətdə reydlər davam etdirilir.

Azvision.az




Teqlər: DİN   Cərimə  





Xəbər lenti