Həmkəndlisini bıçaqlayaraq öldürən şəxs tutuldu

Həmkəndlisini bıçaqlayaraq öldürən şəxs tutuldu
  11 Dekabr 2018    Oxunub:3185
Dekabrın 8-də axşam saatlarında Qubanın 2-ci Nügədi kənd sakini Heybət Heybətovun bədənin bir neçə nahiyəsinin daxilə nüfuz edən kəsilmiş deşilmiş yaraları xəsarəti ilə Quba Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Azvision.az-a verilən məlumata görə, xəstə dərhal əməliyyat olunsa da, dünyasını dəyişib. Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmin kənd sakini Mehman Balayev saxlanılıb.

O, araşdırma zamanı törətdiyi əməli etiraf edərək, H.Heybətova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib. Faktla bağlı araşdırmalar aparılır.

Azvision.az


Teqlər: DİN   Qətl  





Xəbər lenti