Bakıda 20 satıcı 100 manat cərimələnib

Bakıda 20 satıcı 100 manat cərimələnib
  11 Dekabr 2018    Oxunub:4195
Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə Baş İctimai Təhlükəsizlik İdarəsinin və yerli polis orqanlarının əməkdaşları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.
DİN Mətbuat Xidmətindən Azvision.az-a verilən məlumata görə, son günlər Baş İctimai Təhlükəsizlik İdarəsinin paytaxtın Yasamal, Nizami, Xətai, Sabunçu, Nərimanov, Binəqədi və Səbail Rayon Polis idarələrinin əməkdaşları ilə birgə keçirdikləri reydlər nəticəsində həmin rayonların ərazilərində mağaza və köşklərdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.

Həmin mağaza və köşklərin 20 satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) ilə protokollar tərtib edilmiş və hər biri 100 manat məbləğində cərimə olunub. ​Bu istiqamətdə tədbirlər davam etdirilir.

Azvision.az


Teqlər: DİN   Satıcı  





Xəbər lenti