Astara sakinini qatar vurub

Astara sakinini qatar vurub
  11 Dekabr 2018    Oxunub:3473
Astara stansiyasının ərazisində dəmiryolu xəttini keçmək istəyən şəxsi sərnişin qatarı vurub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, dekabrın 10-da saat 21 radələrində Astara stansiyasının ərazisində dəmiryolu xəttini keçmək istəyən Balacaşahağacı kənd sakini Tahir Qəhrəmanov Astara-Bakı sərnişin qatarı ilə vurulub və nəticədə piyada hadisə yerində ölüb.

Araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   qatar  





Xəbər lenti