Paytaxtda bir gündə 2 piyada ölümü

Paytaxtda bir gündə 2 piyada ölümü
  11 Dekabr 2018    Oxunub:4177
Dekabrın 10-da saat 7 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini Zaur Osmanov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Məhbubə Alıyevanı vurub və nəticədə qadın hadisə yerində ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, anoloji hadisə dekabrın 10-da saat 23 radələrində Suraxanı rayonunun Zığ qəsəbəsi ərazisində baş verib. Belə ki, qəsəbə sakini Tural İsmayılov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi İlkin Zamanovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Azvision.az




Teqlər: DİN   Piyada  





Xəbər lenti