52 yaşlı kişi çayda boğularaq ölüb

52 yaşlı kişi çayda boğularaq ölüb
  11 Dekabr 2018    Oxunub:3844
Lənkəran şəhərinin Lüvəsər kəndində, Lənkəran çayında batdığı ehtimal edilən 1966-cı il təvəllüdlü Nəsirov Valeh Fayaz oğlunun axtarışları başa çatıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, V.Nəsirovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat başa çatıb.

Azvision.az




Teqlər: Lənkəran   Batıb  





Xəbər lenti