Piyadanı vurub qaçan sürücü tapıldı

Piyadanı vurub qaçan sürücü tapıldı
  11 Dekabr 2018    Oxunub:4251
Dekabrın 8-də saat 21 radələrində Binəqədi rayonunun Xocasən qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini Leyla Şıxməmmədova vurulub.
Azvision.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Belə ki, qadına xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Binəqədi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “MAZ” markalı avtomobilin sürücüsü, paytaxt sakini Vüqar Şirinov saxlanılıb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Piyada  





Xəbər lenti