Məktəb ərazisindən mina tapıldı - FOTO

Məktəb ərazisindən mina tapıldı -  FOTO
  11 Dekabr 2018    Oxunub:5276
Bu gün Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 10:43-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Ağcabədi rayonu, Qaradolaq kəndi ərazisində partlamamış hərbi sursatın tapılması barədə məlumatlar daxil olub.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Azvision.az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.



Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə 1 saylı kənd orta məktəbinin söküntü aparılan hissəsinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən
2 ədəd təlim məqsədli (tərkibində heç bir partladıcı maddə olmayan) tank əleyhinə mina (TM-62) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Təlim minalarının ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.



Azvision.az


Teqlər: ANAMA   Mina   Məktəb  





Xəbər lenti