Beyləqanda yanğın, bir nəfər xəsarət alıb

Beyləqanda yanğın, bir nəfər xəsarət alıb
  12 Dekabr 2018    Oxunub:3139
Beyləqanda 2 otaqlı ev yanıb.
FHN-dən Azvision.az-a verilən məlumata görə, rayonun Əlinəzərli kəndində ümumi sahəsi 84 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti