Partlayışda yaralanan uşaqların ikisi də ağır vəziyyətdədir

 Partlayışda yaralanan uşaqların ikisi də ağır vəziyyətdədir
  12 Dekabr 2018    Oxunub:3764
Masallıda partlayış nəticəsində xəsarət alan uşaqların vəziyyəti hələ də ağırdır.

Bu barədə Azvision.az-a Azərbaycan Dövlət Həkimləri Təkminləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyə klinikasının Yanıq şöbəsinin müdiri Şöhrət Məmmədov məlumat verib.
O, bildirib ki, hazırda uşaqlar reanimasiyadadır: “Reanimasiyada müalicələri davam edir. Həkimlər onlara yardım göstərir. Uşaqların vəziyyətlərində hələ bir irəliləyiş yoxdur”.

Qeyd edək ki, Masallı rayonunun Sığıncaq kəndi ərazisində yaşayış evinin qarajında qaz sızması nəticəsində baş verən partlayışda bir ailənin iki üzvü - Müseyibov Əli Əbülfəz oğlu, Müseyibov Məhəmməd Əbülfəz oğlu və yaxın qohumu Kərimov Sənan ağır yanıq xəsarətləri alıblar. Dərhal hadisə yerinə gələn Masallı rayon Təcili Yardım Xidməti tərəfindən yanan şəxslər xəstəxanaya çatdırılıb. Lazımi ilkin reanimasyon yardımlardan sonra hər biri Təcili Yardım maşınları ilə Respublika Yanıq Mərkəzinə gətirilib.

Mərkəzin mütəxəssisləri tərəfindən konsilium təşkil edilib. Reanimasiyon tədbirlər görülüb. Lakin buna baxmayaraq, bədən səthinin 100 faiz termiki yanığı, tənəffüs yollarının tamamən yanığı diaqnozu qoyulan Müseyibov Əli Əbülfəz oğlu (2005-ciil təvəllüdlü) dünyasını dəyişib.

Aytən Zəhra
Azvision.az



Teqlər: Masallı   Partlayış  





Xəbər lenti