Atatürk parkı niyə sökülür? - Meriya məlumat yaydı
Bildirilib ki, bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və Nərimanov Rayon İcra Hakimiyyəti ilə birgə parkın əsaslı təmiri və yeniqənqurulması ilə bağlı vətəndaşların istək və arzuları nəzərə alınmaqla yeni layihə sənədləri hazırlanması qəqara alınıb.
Qeyd olunub ki, hazırda parkda təmizlik və yenidənqurmaya hazırlıq işlərinə başlanıb. Yalnız müvəqqəti və qeyri qanuni fəaliyyət göstərən, günün tələblərinə uyğun olmayan, parkda antisanitariya şəraiti yaradan obyeklər sökülüb, rəsmi mülkiyyət sənədləri olan digər obyeklərin sahiblərinə isə müvafiq yenidənqurmalar aparılması tövsiyə olunub.
Yeni layihə əsasında parkda vətəndaşların istirahəti üçün lazımı şərait yaradılacaq, uşaqlar üçün əyləncə qurğuları quraşdırılacaq və yenidənqurma işlərinin qısa müddətdə başa çatdırılaraq buranın sakinlərin ixtiyarına verılməsi nəzərdə tutulmuşdur.
Azvision.az