Bərdədə 13 yaşlı məktəbli qızı maşın vurub

Bərdədə 13 yaşlı məktəbli qızı maşın vurub
  13 Dekabr 2018    Oxunub:3950
Bərdə rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Rayonun Bakı küçəsində yerli sakin Şamxal Abdullayevin idarə etdiyi "Hyundai" markalı avtomobil yolu keçmək istəyən rayon sakini, 2005-ci il təvəllüdlü Əliyeva Şölə Elçin qızını vurub.

Müxtəlif bədən xəsarətləri alan piyada qəza törədən sürücü tərəfindən xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, 13 yaşlı Ş.Əliyeva 7 sinif şagirdidir. Hadisə məktəbli qız hazırlıqdan çıxıb evə gedərkən baş verib. Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır. (Report)

Azvision.az



Teqlər: Bərdə   Məktəb   Qız   Maşın  





Xəbər lenti