Cinayət törədən 30 nəfər saxlanılıb

  13 Dekabr 2018    Oxunub : 2352
 Cinayət törədən 30 nəfər saxlanılıb
Daxili İşlər Nazirliyi ötən gün qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumat açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən Azvision.az -a verilən xəbərə görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 119 cinayət faktı qeydə alınıb, onların da 13-ü "isti izlər"lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 36 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 36 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

Azvision.az

Teqlər: DİN