Dərsə getməyən qızın atası polisdə dindirilib

   Dərsə getməyən qızın atası polisdə dindirilib
  13 Dekabr 2018    Oxunub:4358
“Məktəbə buraxılmayan VII sinif şagirdinin atası dünən polis bölməsində izahat yazıb və bu həftədən qızının məktəbə gələcəyini bildirib"

Bu barədə Azvision.az -a açıqlamasına Bakı şəhəri 216 nömrəli orta məktəbin direktoru Elnur Bayramov məlumat verib. Direktorun sözlərinə görə, həmin şəxs qızının müalicə aldığı üçün dərslərdə iştirak etmədiyini deyib.
“Qızın atası Rusiyadan gəlib. Məktəblinin dərsə buraxılmaması ilə bağlı polisdə iş aparılır. Atası yazılı izahat verib ki, onun dərsə gəlməsi təmin olunacaq. Qızın ərə getməsi barədə deyilənlər isə yalandır. Yetkinlik yaşına çatmayan qızın ərə verilməsindən söhbət gedə bilməz”, - deyə E.Bayramov vurğulayıb.

Qeyd edək ki, Bakı şəhəri 216 nömrəli tam orta məktəbdə dərs ilinin əvvəlindən VII sinif şagirdinin (müvafiq səbəblərə görə qız şagirdin adı yazılmır - red.) dərsə davamiyyəti ilə bağlı problem yaranıb. Şagirdin nənəsi yolun uzaq olduğunu, anasının müalicə aldığını, atasının isə Rusiyada işlədiyini səbəb gətirərək onu dərsə gəlməsinin mümkün olmadığını söyləyib.

Aytən Zəhra
Azvision.az



Teqlər:





Xəbər lenti