Qanunsuz ov edən 3 nəfər saxlanılıb - FOTO

Qanunsuz ov edən 3 nəfər saxlanılıb -    FOTO
  13 Dekabr 2018    Oxunub:4260
Dekabrın 12-də qanunsuz ov etdiklərinə görə 3 nəfər Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.
DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Azvision.az -a verilən məlumata görə, araşdırmalarla onların Saatlı rayon sakinləri Emin Cəfərov, Raqif Sarıyev, Taleh Cəfərov olduqları müəyyən edilib. Onlardan “MÇ-2112”, “İJ-58” və “İJ-27” markalı 3 ədəd ov tüfəngləri və 15 ədəd patron, habelə ovladıqları 10 ədəd göyərçin quşu götürülüb. Araşdırma aparılır.




Azvision.az



Teqlər: DİN   Ov  





Xəbər lenti