Maşından 8 kq-dan çox tiryək aşkar edildi

Maşından 8 kq-dan çox tiryək aşkar edildi
  13 Dekabr 2018    Oxunub:5001
Ötən gün Biləsuvar rayonunda polis əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, dekabrın 11-də daxil olmuş məlumat əsasında Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Xırmandalı kəndi ərazisində “Ford-transit” markalı avtomobil saxlanılıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayon sakini Şahin Qəfərovun idarə etdiyi həmin nəqliyyat vasitəsindən çəkisi 8 kiloqram 55 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Azvision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti